Millət vəkili Əbülfəz Elçibəyi təhqir etdi: "O eks-prezident yox, fərari adına layiqdir"

Millət vəkili Əbülfəz Elçibəyi təhqir etdi: "O eks-prezident yox, fərari adına layiqdir"
Bütün Xəbərlər
17:53 25.10.2011
2496

"Uzun illər boyu bu salonda Ayaz Mütəllibov və Əbülfəz Elcibəy haqda çox kəskin və təhqiramiz çıxışlar səslənib. Lakin çox təəsüflər olsun ki, bu gun bir cox insanlar öz çıxışlarını başqa notlar uzərində qururlar.

Mən də jurnalist fəaliyyətim dövründə Ayaz Mutəllibov və Elçibəy haqda tənqidi fikirlər söyləmişəm, ancaq bir çoxlarından fərqli olaraq mən söylədiklərimin hamısının üstündə indi də dururam. Və bu gün də mənim anlamımda öz xalqını ən çətin anlarda meydanda tək qoyub, gecəynən təyyarəyə minib naməlum istiqamətdə qaçan insan eks-prezident deyil, fərari adına layiqdir. Mən də o fikirlə həmrəyəm ki eks-prezident adına o şəxs layiq olmalidir ki, o bu şərəfli və ali vəzifəni sona qədər ləyaqətlə icra edə bilsin. Axı ortada ən azından Heydər Əliyev nümunəsi var həm də. Milli liderimiz ən çətin anlarda xalqa üz tutub ona sığındı. Üzərinə xüsusi təyinatlı dəstələr, başıpozuq quldurlar gələndə belə qorxmadı, çəkinmədi. Bir çoxlari kimi qacıb getmədi. İndi biz hansi haqla Heydər Əliyevi Ayaz Mütəllibov və ya Elcibəylə bir statusa çıxarırıq. Mən bunu ədələtsizlik hesab edirəm və bununla barışa bilmərəm. Və məhz bu ədalətsizliyə etiraz əlaməti olaraq da bu qanun lahiyəsinin əleyhinə səs verəcəyəm". AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Hüseynov parlamentdə çıxışı zamanı deyib.   

OXŞAR XƏBƏRLƏR