Millət vəkili ermənilərə qardaş deyən Adnan Oktara cavab verdi - VİDEO

Millət vəkili ermənilərə qardaş deyən Adnan Oktara cavab verdi - VİDEO
Bütün Xəbərlər
17:46 19.12.2014
2150

Ermənistanın Regional Araşdırmalar Mərkəzini direktoru Riçard Qiraqosyan Türkiyənin A9 kanalında Adnan Oktarın qonağı olub. AzVision.az xəbər verir ki, Adnan Oktar onunla söhbətində ermənilərin onların tarixən dostları olduğunu deyib:

“Osmanlı vaxtında sizə sadiq millət deyirdik. Siz bizim bir hissəmizsiniz. Sizi canımız qədər çox sevirik. Osmanlı dövründə erməni əsilli sənətkarlar, həkimlər, hətta yüksək rütbəli paşalar var idi. Aramızı vurmağa çalışdılar, amma yenidən keçmiş gözəl günlərə qayıdacağıq”.

R.Qiraqosyan isə cavabında bildirib ki, onun vəzifəsi də iki ölkə arasındakı münasibətləri düzəltməkdir:

“Səmimilik və humanizm əsas götürülürsə, bu, yeganə yoldur. Biz ortaq tarixi paylaşırıq və ortaq gəlcəyi paylaşacağıq”.

Ermənistanla sərhəddin açılacağını vurğulayan Adnan Oktar onu yenidən Türkiyədə görmək istədiyini deyib:

“Ermənistanla viza istəmirik, onlar bizim qardaşlarımızdır. Yenidən o gözəl günləri qiyamətə qədər yaşayacağıq”.

Qeyd edək ki, Adnan Oktar R.Qiraqosyanın türk dilini bilib- bilmədiyini soruşadan bildiyini desə də, bütün söhbət boyu o, ingiliscə danışır.

Söhbət boyu Adnan Oktar ermənilərin gözəl, mehriban insanlar olduqlarını, onalrla türklərin münasibətlərinin kənar qüvvələr tərəfindən pozulduğunu bir neçə dəfə təkrar edib.

AZXEBER.COM xəbər verir ki, millə vəkili Sahib Əliyev Adnan Oktara "facebook" vasitəsilə cavab verib: Ermənistanda Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı biri olduğunu hər kəsin bildiyi Riçard Kirakosyan türkiyəli "modern mömin" Adnan Oktarın verilişində peyda olub. Belə anlaşılır ki, bu agent bağlı olduğu idarənin metodlarıyla hərəkət edərək islam adından alver edənlərlər bir araya gəlib Azərbaycanla Türkiyənin arasını vurmaq istəyir. "Mömin" Oktarla agent Kirakosyanın söhbəti həm Türkiyənin özündəki durumu dəyərləndirmək, həm də bəlli çevrələrin "islamçı"lardan necə faydalandıqlarını görmək baxımından doğrudan da maraqlıdır.

OXŞAR XƏBƏRLƏR