Millət vəkili gələcəyin siyasətçiləriylə görüşdü

GƏNCLİK
18:21 28.04.2012
1644
“İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsi çərçivəsində 28 Aprel 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində (SAM) “1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Xarici Siyasəti”mövzusunda görüş keçirilmişdir. Görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Tarix elmləri doktoru, Professor Musa Qasımlı olmuşdur. Görüşdə “Siyasi Akademiya” layihəsinin iştirakçıları, müxtəlif universitetlərdə təhsil alan gənclər iştirak etmişdir. Millət vəkili Musa Qasımlı görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, haqqında ətraflı məlumat vermişdir. Daha sonra M.Qasımlı o dövrdə baş verən tarixi proseslərdən bəhs etmiş, xarici ölkələrin Azərbaycanda olan maraqları prizmasında Azərbaycan hakimiyyətinin xarici siyasətinin analizini şərh etmişdir. Daha sonra tədbir diskussiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılmışdır.

OXŞAR XƏBƏRLƏR