Millət vəkili Jalə Əliyeva tələbələrə müraciət etdi: "Bu məsələ mənim üçün çox önəmlidir"

Millət vəkili Jalə Əliyeva tələbələrə müraciət etdi: "Bu məsələ mənim üçün çox önəmlidir"
Bütün Xəbərlər
12:28 21.10.2011
2762
Modern.az saytı bir müddət öncə yeni layihəyə start verib. Layihə Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir.  Ardınca ən yaxşı yazı müəllifi olan həmin tələbənin təhsil aldığı universitetdə deputatla tələbələrin görüşü keçirilir. Görüşdə həm deputat, həm də Modern.az portalı qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir.Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır. Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovun təklif etdiyi mövzuda məqalələrin yazılması yekunlaşıb.Bu gündən isə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayacaq.Deputat Modern.az portalına bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür:  “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır. Dilimizin qorunması və bu sahədə olan problemlərlə bağlı tələbələrimizin nə düşündüklərini öyrənmək istərdim. Onların təklifləri də maraqlı olardı”. Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Mövzu elan olunduqdan sonra 15 gün müddətində tələbələr yazılarını [email protected]/* */
OXŞAR XƏBƏRLƏR