AZXEBER.COM-a daxil olan məlumata görə, uşaqları Ramazan bayramı münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva Allahdan onlara hər zaman yardımçı olmağı diləyib. 7 nömrəli internat məktəbin direktoru çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub.
Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.
Hər bir uşağa Ramazan bayramı münasibəti ilə hədiyyələr verilib və Qənirə Paşayeva onların hər biri ilə ayrıca söhbət edərək qayğıları ilə maraqlanıb, xüsusi istedadlı uşaqların əl işləri ilə tanış olub, ifa etdikləri musiqi nömrələrini dinləyib və onlara uğurlar diləyib.