Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında bir qrup xarici ölkənin tələbələri ilə görüş keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, Böyük Britaniyanın Birmingen Universitetini tələbələrinin ölkəmizə səfəri çərçivəsində şura sədri, millət vəkili Azay Quliyevlə görüşləri nəzərdə tutulur.Tələbələrin səfərinin məqsədi şuranın fəaliyyəti ilə daha yaxından tanış olmaqdır. Eyni zamanda ölkəmizin mədəniyyəti, tarixi, müasir durumu haqqında məlumatlarını artırmaqdır.Qeyd edək ki, tələbələr Çin, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, Kosta-Rika və Bruney vətəndaşlarıdır.