Parlamentin bu günki iclasında qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyatı məsələsi xüsusi müzakirə obyektinə çevrilib.
AZXEBER.COM xəbər verir ki, millət vəkilləri qeydiyyat sahəsində yaradılan problemlərdən narazılıqlarını bildirib, hətta, ədliyyə nazirini parlamentə dəvət ediblər.QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin mövcudluğundan ilk şikayətlənən millət vəkili Fuad Muradovson vaxtlar xüsusilə gənclər təşkilatlarından bu məsələ bağlı şikayətlər aldığını deyir.Onun sözlərinə görə, bəzən gənclər təşkilatlarının qeydiyyatı zamanı elə sənədlər tələb olunur ki, bunlara ümumiyyətlə ehtiyac ola bilməz:“Azərbaycanda artıq bütün istiqamətlər üzrə sənədləşmə işləri asanlaşdırılır, elektron formata keçirilir. ASAN xidmət mərkəzləri yaradılır, QHT-lərin özləri üçün vahid elektron pəncərə sistemi tətbiq olunacaq. Belə bir zamanda qeydiyyatla bağlı şikayətlərin qalması müasir zamana uyğun deyil”.Fuad Muradovun dediyinə görə, hazırda bir çox ölkələrdə QHT-lərin qeydiyyatı notarius səviyyəsində həyata keçirilir.Daha sonra bu yöndə çıxış edən digər millət vəkiliZahid Orucisə Azərbaycanda QHT-lərin sayının Ermənistan və Gürcüstanla müqayisədə az olduğunu diqqətə çatdırmağı vacib sayıb:“Bu göstərici üzrə geri qalmasaq, QHT sektoru daha güclü işləyə bilər”.O, Ədliyyə Nazirliyinin müvafiq şəxslərini parlamentə dəvət etmək təklifini irəli sürüb.Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədriAzay Quliyevdə öz növbəsində QHT-lərlə bağlı qeydiyyatın sadələşdirilməsinə ehtiyac olduğunu bildirib:“Təkcə Bakıda deyil, regionlarda, ən azından Ədliyyə Nazirliyinin regional bölmələrində də qeydiyyat prosesi həyata keçirilməlidir.Dövlətin QHT-lərlə bağlı şəffaf bir siyasət yürütdüyü bir halda, qeydiyyatla bağlı texniki məsələ ümumilikdə dövlətin siyasəti ilə eyni səviyyədə təqdim oluna bilməz”.