“Milli Dirçəlişin Banisi-HEYDƏR ƏLİYEV” mövzusunda konfrans və “İLİN RAYONU” mükafatının təqdimatı keçirildi

“Milli Dirçəlişin Banisi-HEYDƏR ƏLİYEV” mövzusunda konfrans və “İLİN RAYONU” mükafatının təqdimatı keçirildi
Bütün Xəbərlər
16:54 15.11.2014
1429
Bu gün Kürdəmir rayonunda Rayon İcra Hakimiyyətinin və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə “Milli Dirçəlişin Banisi — HEYDƏR ƏLİYEV” Mövzusunda konfrans və “İLİN RAYONU” mükafatının təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək tədbirin mahiyyətindən danışdı. Azərbaycan Milli Dirşəliş Hərəkatının tarixindən danışan V.Əsgərli rayonlarda bu istiqamətdə tədbirlərin keçirilməsinin vacibliyindən danışdı.
Sonra Kürdəmir RİH Başçısı Ceyhun Cəfərov çıxış edərək Ulu Öndər Heydər Əliyevinin fəaliyyəti haqqında geniş tarixi arayış verdi: “Əslində Azərbaycanda Dirçəliş Hərəkatı 80-ci illərdən deyil, Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dönəmində başlamışdır. Məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində, bütün çətinliklərə baxmayaraq Azərbaycan hərbi institut formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Əsl dirçəliş bax budur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə böhran, anarxiya içərisində boğulan dövlətimiz yenidən dirçəldi. Onun gəlisi Böyük Qurtuluşdur. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu gün də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələridə, o cümlədən, Kürdəmirdə çox böyük infrastruktur, tikinti-quruculuq işləri gedir”
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan gəncliyinin həyatında yeni bir səhifə açdığını dedi: “Bu qayıdış Azərbaycan xalqını xaosdan xilas etdi. Ulu Öndərin həyata keçirdiyi islahatlardan ən vacibi gənclər proqramın hazırlanması və tətbiqi oldu. Bu gəncliyimizin gələcəyinin xilası idi. Gənclər gününün təsis edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər forumunun keçirilməsi bütövlükcə sağlam gələcəyin təminatı idi. Bu siyasətin ən strateji nöqtəsi QHT-lərlə bağlı qəbul olunan qanunlardır. Bu gün də Cənab Prezident bu siyasəti uğurla davam etdirməkdədir. Gənclər Fondunun yaradılması, QHT-lərə dövlət dəstəyi Şurasının yaradılması, 2007-ci ilin Gənclər İli elan edilməsi və bu kimi digər tədbirlər bilavasitə sağlam gəncliyin formalaşmasına xidmət edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə tək Azərbaycanda deyil, bütün dünya miqyasını əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə nümunəvi diaspor fəaliyyətidir.”
Sorğu haqqında geniş məlumat verən S.Abbasov Kürdəmirin “İLİN RAYONU” seçilməsi münasibəti ilə təbrik etd: “Bu sorğunun keçirilməsində əsas məqsəd Qeyri Hökümət təşkilatları ilə Hökümət təşkilatları arasında münasibətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Fürsətdən istifadə edib Rayon İcra Hakimiyyətinin Başçısını və rayon ictimaiyyətini təşkilatımız adından təbrik edirik. Kürdəmir rayonun QHT-lərə, bütövlükdə Vətəndaş Cəmiyyətinə münasibəti olduqca təqdirəlayiqdir”
Daha sonra rayon fəal gəncləri Elnur Məmmədli, Xəyalə Veyisova, Məhəmməd Heydərli çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, əsasını qoyduğu siyasi kursdan və bu kursun Cəna Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasından danışdılar.
Sonda Kürdəmir gəncləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən Sertikifatla təltif olundular.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu