Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.
Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, ümumi yığıncaqda AMEA-nın illik hesabatı dinləniləcək, Rəyasət Heyətinin tərkibi müəyyənləşdiriləcək.Bundan başqa yığıncağın gündəliyinə AMEA-nın yeni prezidentinin seçilməsi də daxil edilib.Qeyd edək ki, AMEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni akademiyanın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə icra edir.