Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.
Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: “O, hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir”.