"Milli mənəvi dəyərlərin qorunmasında gənclərin rolu"

GƏNCLİK
09:54 03.02.2011
3739

“...Biz öz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” bu müdrik sözlər, dəyərli fikirlər Ulu öndər Heydər Əliyevin gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələnməsinin vacibliyini vurğuladığı önəmli çıxışlarındandır. Məhz fevralın 2-si “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Gənclər Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda keçirilmiş tədbir də Ümummilli liderin gənclərlə bağlı qurduğu möhtəşəm siyasətə bu işıqlı amala, söylədiyi dəyərli fikirlərə gəncləri kökləmək, bu milli-mənəvi dəyərlərə daim sadiqliyi gənclərdəaşılamaq məqsədi daşıyırdı.

Kaspian Plazada təşkil olunmuş tədbirdə, Kəlbəcər rayon gəncləri, ziyalılar, jurnalistlər iştirak edirdi. Tədbirin təşkilatçısı İctimai Birliyin nümayəndəsi Həbib Misirov məclisi giriş sözü ilə açaraq, bu gün ölkə gənclərinin yüksək intellektə, biliyə, savada sahib olmaları üçün onlara yaradılmış hər cür imkanın, münbit şəraitin Ulu öndər Heydər Əliyevin qurmuş olduğu uğurlu gənclər siyasəti və hazırda isə Ümumilli liderin uzaqgörən siyasətini ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirməsi sayəsində mümkün olduğunu bildirdi.

Gənclərə zəngin mənəvi duyğulu vətənpərvər kimi yetişmələrində Mübariz İbrahimov qəhrəmanlığını, mətinliyini, qorxmazlığını, ölməzliyini çıxışında örnək gətirən filologiya elmləri namizədi Məhərrəm Qasımlı hər bir gəncin daxilində belə gözəl əxlaqi keyfiyyətlərin cəm olmasını önəmsədi. Tədbirdə söz alan qabaqcıl Kəlbəcər rayon gəncləri də çıxışlarında dövlətin gənclərə verdiyi önəmdən danışaraq, bu qayğı və diqqəti hər zaman həyatlarında yüksək səviyyədə hiss etdiklərini söylədilər.

Tədbirin sonunda qonaqlara Ulu öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda gənclərlə bağlı çıxışılarından, söylədikləri nitqlərindən ibarət maraqlı fraqmentlər nümayiş etdirildi.

Eldar  İBRAHİMOĞLU, AZXEBER.COM

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir