Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
SOSİAL
11:46 09.12.2025
209

"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

AZXEBER.COM Oxu.Az-a istinafən xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq, növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılacaq.

Fondun xərclərinin maliyyələşmə mənbəyi:

- Fondun 2026-cı il büdcəsinin ümumi gəlirləri 8 milyard 323.10 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 705.7 milyon manat və ya 9.26 faiz çoxdur.

- Fondun 2026-cı il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin 6 milyard 591.1 milyon manat və ya fondun ümumi gəlirlərinin 79.19 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş müvafiq proqnoz məbləği göstəricisi ilə müqayisədə 593.7 milyon manat və ya 9.9 faiz çoxdur.

- 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 2 milyard 109.12 milyon manatı və ya 32 faizi büdcədən maliyyələşən təşkilatların, 4 milyard 481.98 milyon manatı və ya 68 faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən istiqamətlər üzrə müvafiq olaraq 73.36 milyon manat və ya 3.6 faiz və 520.34 milyon manat və ya 13.13 faiz çoxdur.

- Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400 manat həddində 103.5 milyon manat proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqlarının proqnoz göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas makroiqtisadi göstəricilərdən olan ortaaylıq əməkhaqqı göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda 2025-ci il üzrə 1101.6 manat, 2026-cı il üzrə isə 1170.8 manat göstərilir.

- 2026-cı ildə dövlət öhdəliklərinin ümumi məbləği 3 milyard 613.68 milyon manat təşkil etsə də, 2026-cı ildə dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait məbləği 1 milyard 700 milyon manat nəzərdə tutulur. Bu məbləğ ümumi dövlət öhdəliyinin 47.04 faizini təşkil etməklə 2025-ci ilin təsdiq olunmuş proqnozundan cəmi 100 mln. manat və ya 6.25 faiz çoxdur.

- 2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s. üzrə daxilolmaların 32 milyon manat məbləğində olması ehtimal edilir ki, bu da əvvəlki ilin gözlənilən göstəricisinə nisbətən 2 milyon manat və ya 6.67 faiz çoxdur.

Fondun xərcləri:

- Fondun 2026-cı il üçün xərcləri 8 milyard 483.07 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 806.65 milyon manat və ya 10.51 faiz çoxdur.

- Növbəti ildə əhaliyə ödənişlər 8 milyard 196.45 milyon manat həcmində və ya fondun ümumi xərclərinin 96.62 faizi səviyyəsində proqnozlaşdırılır.

- Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7 milyard 992.88 milyon manatı əmək pensiyalarının, 203.57 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787.51 milyon manat və ya 10.63 faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97.52 faizini təşkil edir.

- 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7 milyard 992.88 milyon manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10.85 faiz və ya 782.35 milyon manat çox nəzərdə tutulur. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602 milyon manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7 milyard 992.88 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

- İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9.2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635.59 milyon manatadək olması gözlənilir. Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 milyon manat ətrafında gözlənilir.

- 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203.57 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnozunu 2.6 faiz və ya 5.16 milyon manat üstələyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi