Milli Məclis avtoxuliqanlara qarşı qaydaları sərtləşdirən qanuna dəyişikliyi təsdiqlədi

Milli Məclis avtoxuliqanlara qarşı qaydaları sərtləşdirən qanuna dəyişikliyi təsdiqlədi
Bütün Xəbərlər
14:47 03.12.2013
718

Milli Məclis avtoxuliqanlara qarşı qaydaları sərtləşdirən qanuna dəyişikliyi təsdiqlədi.

AZXEBER.COM xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə əksini tapıb.Məcəllənin 155.2-1-ci və 155.2-2-ci maddələrinə edilən əlavəyə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - 500 manat miqdarında cərimə ediləcək.155.2-2-ci maddəyə əsasən isə nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 1000 manat miqdarında cərimə ediləcək.155.7-ci maddədə səksən manatdan yüz manatadək cərimə həddi beş yüz manatdan səkkiz yüz manatadək qaldırılacaq.296-1.1-ci maddəsinə əsasən isə nəzərdə tutulan cərimənin həddi beş yüz manatdan yeddi yüz əlli manatadək qaldırılacaq. 296-1.2-ci maddəsində isə cərimələr yeddi yüz əli manatdan min manatadək olacaq.Məcəlləyə edilən dəyişikliyin zərurəti haqqında danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliklər mövcud problemlərin aradan qaldırılmasına və bu cür xətalara qarşı hüquq-mühafizə orqanlarını görə biləcəyi tədbirləri daha da təsirli edə bilər.Müzakirələrdən sonra məcəlləyə əlavələr qəbul edildi.

OXŞAR XƏBƏRLƏR