Milli Məclisdən şəhid ailəsinə başsağlığı

Milli Məclisdən şəhid ailəsinə başsağlığı
Bütün Xəbərlər
17:05 20.11.2014
973
Milli Məclisdə bu gün cəbhə bölgəsində şəhid olmuş əsgərin ailəsinə başsağlığı verilib.
Tclasda çıxış edən millət vəkili Elmira Axundova Azərbaycan əsgərinin şəhid olmasını millət vəkillərinin diqqətinə çatdırıb və şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib: “Allah düşmənə ən ağır cəza versin!”
Qeyd edək ki, noyabrın 20-də saat 12:45-də erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olmuş əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
///trend
OXŞAR XƏBƏRLƏR