Milli Məclisin demokratik islahatlarda rolu

SİYASƏT
10:50 11.03.2024
290
Güclü demokratik dövlət olmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Demokratiya isə cəmiyyətin maraqlarına xidmət etməyə yönəlmiş dövlət quruculuğu üçün əvəzolunmaz şərtdir. Təbii ki, demokratiya bir anda yaradılmır. Bunun üçün dövlət-vətəndaş münasibətlərini yeni səviyyəyə yüksəldəcək islahatların dərinləşdirilməsi qaçılma zərurətdir. 

Siyasi müstəqiliyimizin bərpasından ötən müddət ərzində davamlı islahatlar həyata keçirən Azərbaycan bu sahədə böyük uğurlara imza atması ilə fərqlənir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışında bu mühüm məqama xüsusilə toxunaraq, bütövlükdə ölkəmizin inkişafına dair çox mühüm, önəmli fikirlər səsləndirmiş və dəyərli tövsiyələrini vermişdi.
Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir.

 Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş "Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir. Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. 
Dünya tarixinin keçdiyi inkişaf mərhələlərinin ən böyük amili insan hüquqlarına hörmət amilidir. İnsan hüquqlarına hörmət anlayışının kəşfi bəşər sivilizasiyasının qazandığı nailiyyət və cəmiyyətin demokratikliyini təsdiq edən əsas atributlardan biri sayılır. Bu gün Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, eyni zamanda, müdafiə edildiyi demokratik ölkələr sırasındadır. 

Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm rol oynadı. Azərbaycanda insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi getdikcə daha da təkmilləşdirilir, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. 

Ölkəmiz insan hüquqlarına hörmət edən, dünyəvi dövlət kimi tanınır. Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. "Dünyəvilik” dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir.
Ölkə Konstitusiyasının "Xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması”nı dövlətin öhdəliyi kimi müəyyənləşdirən müddəasını prioritet qəbul edən və bu istiqamətdə mütəmadi olaraq işlərin aparılmasını hökumət qarşısında bir tapşırıq kimi qoyan Cənab Prezident, parlamentin də öz səlahiyyət və imkanları daxilində bu yöndə görülməli olan işlərə töhfə verməli olduğunu, lazımi qanunvericilik bazasının yaradılmasında əsas yükün Milli Məclisin üzərinə düşdüyünü və parlamentin bu prosesdə çox mühüm rol oynadğını vurğulamışdır.




Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR