Milli Məclisin deputatı Rəmişin müdafiəsinə qalxdı - VİDEO

Milli Məclisin deputatı Rəmişin müdafiəsinə qalxdı - VİDEO
Bütün Xəbərlər
12:01 10.01.2015
1501

“Ermənilər Azərbaycan mahnısı oxuyur, bəyəm onları güllələyirlər?!”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin rəhbəri Etimad Əsədov xalq artisti Rəmişin erməni dilində mahnı oxumasına hiddətini bildirib. Onun sözlərinə görə, ifaçının “xalq artisti” titulu əlindən alınıb efirlərdən uzaqlaşdırılmalıdır.AZXEBER.COM xəbər verir ki, modern/az saytı Milli Məclisin deputatı Aqil Abbasdan məsələyə münasibət öyrənib. Aqil Abbas “Qarabağ Qaziləri” İctimai Birliyindən mənasız bir ittihamı gözləmədiyini bildirib:

“Necə yəni Rəmişin titulu əlindən alınsın? Əvvəla gedin Tbilisiyə, Yesentukiyə, Kislovodiskiyə, Gürcüstana, orda bütün ermənilər Azərbaycan mahnısı oxuyur.

Bəyəm onları tutub güllələyirlər?! Birincisi, Rəmişin erməni mahnısı oxuyub-oxumaması hələ dəqiq deyil. İkinci erməni mahnısı oxuduğuna görə adamın adını əlindən alırlar? Camaat erməni mahnısı oxuyub Ermənistanın xalq artisti adını alır. Rəmiş Azərbaycanda Vaqif Mustafazadədən sonra xalqın sevdiyi böyük bir sənətkardır”.