Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı - FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı - FOTOLAR
MƏDƏNİYYƏT
12:13 18.09.2020
980
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.

AZXEBER.COM xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.

Qanunvericilik işlərini səmərəli qurmaq, bu sahədə mövcud olan problemləri daha dərindən öyrənmək üçün payız sessiyasındakı bu ilk iclasa mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun, mədəniyyət sahəsində çalışan QHT-lərin rəhbərlərinin dəvət olunduğunu bildirdi.

Sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlərin hesabatı dinlənildi. Qənirə Paşayeva məlumat verdi ki, hesabat dövründə 6 iclas keçirib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub. Komitədə birinci, ikinci və üçüncü oxunuşda müzakirədən keçən qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.

Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan 622 məktub, təklif, ərizə və şikayətin 554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Bütün yay boyunca fəaliyyət göstərən komitə üzvləri yerlərdə 300-ə yaxın ziyalı ilə görüşüb, mədəniyyət sahəsində mövcud olan problemləri, çatışmazlıqları öyrəniblər. Deputatlar həmçinin seçicilərin qayğılarına həssaslıq göstəriblər.

Hesabat dinlənildikdən sonra iclasda mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış etdi. Mədəniyyət sahəsinin və nazirliyin qarşısında duran vəzifələrdən söhbət açdı. Son aylarda görülən işlər və Mədəniyyət Nazirliyinin perspektiv planları barədə ətraflı məlumat verdi. Strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alındığını dedi.

Anar Kərimov bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğuladı, tətbiq edilməsi nəzərdə tutulan yeniliklərin hüquqi bazaya istinadən tənzimlənməsi vacibliyini diqqətə çatdırdı.

Sonra komitədə geniş müzakirələr aparıldı. Deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli, Ülviyyə Ağayeva rəy və təkliflərini bildirdilər.

Mədəniyyət komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı.

Komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verən Qənirə Paşayeva bildirdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı "Kinematoqrafiya haqqında” və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq. Həmçinin komitədə müxtəlif mövzularda bir sıra dinləmələr keçiriləcək.
Fikir mübadiləsinin yekununda iş planı təsdiqləndi.

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Muxtar Babayev: COP31-də əməkdaşlığı inkişaf etdirmək üçün məhsuldar ikitərəfli görüşlər keçirdik
22:37 13.11.2026
Muxtar Babayev: COP31-də əməkdaşlığı inkişaf etdirmək üçün məhsuldar ikitərəfli görüşlər keçirdik
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
22:28 13.11.2026
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi müzakirə edilib
22:19 13.11.2026
Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi müzakirə edilib
Sahil Babayev: "Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir"
22:11 13.11.2026
Sahil Babayev: "Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir"
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib
22:02 13.11.2026
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
21:52 13.11.2026
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
21:44 13.11.2026
Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
21:40 13.11.2026
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
21:33 13.11.2026
"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Sumqayıtda yol çöküb
21:29 13.11.2026
Sumqayıtda yol çöküb
Baş nazir şantaj və məişət zorakılığında ittiham olunub
21:21 13.11.2026
Baş nazir şantaj və məişət zorakılığında ittiham olunub
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
21:12 13.11.2026
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
21:02 13.11.2026
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
20:53 13.11.2026
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
20:47 13.11.2026
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
20:37 13.11.2026
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib