Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı - FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı - FOTOLAR
MƏDƏNİYYƏT
12:13 18.09.2020
843
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.

AZXEBER.COM xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.

Qanunvericilik işlərini səmərəli qurmaq, bu sahədə mövcud olan problemləri daha dərindən öyrənmək üçün payız sessiyasındakı bu ilk iclasa mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun, mədəniyyət sahəsində çalışan QHT-lərin rəhbərlərinin dəvət olunduğunu bildirdi.

Sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlərin hesabatı dinlənildi. Qənirə Paşayeva məlumat verdi ki, hesabat dövründə 6 iclas keçirib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub. Komitədə birinci, ikinci və üçüncü oxunuşda müzakirədən keçən qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.

Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan 622 məktub, təklif, ərizə və şikayətin 554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Bütün yay boyunca fəaliyyət göstərən komitə üzvləri yerlərdə 300-ə yaxın ziyalı ilə görüşüb, mədəniyyət sahəsində mövcud olan problemləri, çatışmazlıqları öyrəniblər. Deputatlar həmçinin seçicilərin qayğılarına həssaslıq göstəriblər.

Hesabat dinlənildikdən sonra iclasda mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış etdi. Mədəniyyət sahəsinin və nazirliyin qarşısında duran vəzifələrdən söhbət açdı. Son aylarda görülən işlər və Mədəniyyət Nazirliyinin perspektiv planları barədə ətraflı məlumat verdi. Strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alındığını dedi.

Anar Kərimov bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğuladı, tətbiq edilməsi nəzərdə tutulan yeniliklərin hüquqi bazaya istinadən tənzimlənməsi vacibliyini diqqətə çatdırdı.

Sonra komitədə geniş müzakirələr aparıldı. Deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli, Ülviyyə Ağayeva rəy və təkliflərini bildirdilər.

Mədəniyyət komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı.

Komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verən Qənirə Paşayeva bildirdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı "Kinematoqrafiya haqqında” və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq. Həmçinin komitədə müxtəlif mövzularda bir sıra dinləmələr keçiriləcək.
Fikir mübadiləsinin yekununda iş planı təsdiqləndi.

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik