Azərbaycan Ordusunun əsgəri ölüb.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.