Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun giziri Müşfiq Bayramov başından aldığı güllə yarasından şəhid olub.
ANS-in Qarabağ bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tərtər rayonunun təmas xəttində yerləşən Qırmızı Kənd yaşayış məntəqəsi ərazisindəki üzbəüz mövqelərimizi də atəşə tutub.
Atəş əsasən snayperlərdən açılıb.