Milli Ordunun mövqeləri 4 istiqamətdə atəşə tutulub
Bütün Xəbərlər
11:38 26.09.2011
1135
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 25-də və 26-da atəşkəsi pozub. Erməni ordusu saat 10.20-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.10-dan 22.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.10-dan 22.20-dək Tərtər rayonunun Çaylı kəndi, sentyabrın 26-də saat 00.20-dən 00.25-dək, 02.40-dan 02.44-dək və 03.10-dan 03.20-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.