Bakıda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib
Daxili İşlər Nazirliyi Nərimanov rayonu Z.Bünyadov prospektində baş verən ağır yol qəzası barədə məlumat yayıb.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinləri, Sənan Şükürovun idarə etdiyi “Lexus” və Asya Paşayevanın idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə S.Şükürov, A.Paşayeva və sərnişini, Kəlbəcər rayon sakini Elxan Sarıyev xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Sənan Şükürov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır və təhqiqatçı vəzifəsində çalışır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğludur.



