Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilib

Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilib
SOSİAL
10:39 10.02.2026
373
Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı iclası Ankara şəhərində keçirilib. 

AZXEBER.COM xəbər verir ki, TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe Universitetinə akademik səfəri təşkil edilib. 

Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətindən ibarət  nümayəndə heyəti Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar. 

Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib. Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirib.

Günün ikinci yarısında Hacettepe Universitetinin 10-dan çox elmi-tədiqat laboratoriyası və 7-dən çox tədris laboratoriyasında aparılan elmi araşdırmalar, davam edən layihələr və icra olunan tədqiqat işləri barədə yerində təqdimatlar edilib. Görüş zamanı professor-müəllim heyəti Hacettepe Universitetinin Bioaktiv Qida, İnstrumental Analiz, Qida və biotexnologiya yönümlü tədqiqatlar (FoodOmics), Qida Mikrobiologiyası, Qida Keyfiyyəti və Təhlükəsizliyi (FoQuS), Süd Texnologiyası, Hububat (Dənli bitkilər) və Yağ Texnologiyası, Sürətli Analiz Metodları və  eləcə də ixtisaslaşmış tədqiqat laboratoriyaları ilə yaxından tanış olub. Universitetin akademik heyəti laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq olunan elmi yanaşmalar haqqında ətraflı məlumat verib. 

Proqram çərçivəsində bu cür qarşılıqlı akademik səfərlərin gələcəkdə birgə elmi tədqiqatların aparılması, layihələrin icrası və akademik əməkdaşlıqların genişləndirilməsi üçün mühüm zəmin yaratdığı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
21:53 06.11.2026
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
Putinin fərmanına Yaponiyadan etiraz
21:43 06.11.2026
Putinin fərmanına Yaponiyadan etiraz
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb