Milli Seçimlərin sonuncu qalibi Arzu İsmayılova oldu

MƏDƏNİYYƏT
00:10 29.01.2012
5319
Yanvarın 28-də Eurovision Mahnı Müsabiqəsi 2012-də Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən Milli Seçimlərin 8-ci həftəsi başa çatıb. eurovision.az saytının məlumatına görə, yanvarın 23-də İctimai Televiziyanın efirində start götürən Milli seçimlərin sonuncu həftəsinin qalibi səs çoxluğu ilə Arzu İsmayılova olub. SMS və münsiflər heyətinin səsverməsi ilə həftənin 2-si Zaur Əmiraslanov, 3-sü Ülvi Rəşidov, 4-sü Ülkər Quliyeva, 5-si Rinat Alimov, 6-sı Əli Məmmədli, 7-si Abbas Kərimli, 8-si “Caspian Dremers” qrupu, 9-su Tofiq Hacıyev olub. Sonuncu həftənin xüsusi qonağı qismində Eurovision 2011-in qaliblərindən Eldar Qasımov çıxış edib. Eldar Qasımov Milli Seçimlərin iştirakçılarına uğurlar arzulayıb: “Biz Nigarla səhnədə öz istedadımızı göstərdik və bütün Avropa səmimiliyimizi duydu. Təmsilçimiz kim olursa, olsun, həmvətənlərimi onu dəstəkləməyə çağırıram. Azərbaycan bizim Vətənimizdir və biz hər bir zaman təmsilçimizi dəstəkləməliyik”. Eldar Qasımov Eurovision Mahnı Müsabiqəsi 2011-dən sonra ilk yeni mahnısını məhz Milli Seçimlərin sonuncu günündə tamaşaçılara təqdim edib. Sevgidən bəhs edən mahnı “Birlikdə nəhayət” adlanır. Mahnının bəstəkarı Aleksandr Kalanşikov, sözləri Zəhra Bədəlbəyli və Toniyə məxsusdur. Eldar Qasımovun yeni mahnısı Azərbaycan dilindədir. Qeyd edək ki, artıq Milli Seçimlərin növbəti mərhələsi-yarımfinalın 8 iştirakçısı məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır. Qeyd olunan ifaçılar Milli Seçimlərin final mərhələsi uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Milli Seçimlərin canlı efir həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Seçimlərdə səkkiz həftə ərzində 72 iştirakçı növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:44 27.10.2021

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”