“Böyük İpək Yolu” 1-ci Beynəlxalq Gənclər konqresi çərçivəsində, konqres iştirakçıları olan 25 ölkə tərəfindən “Böyük İpək Yolu” Gənclər İttifaqının əsası qoyulub. Tədbir iştirakçıları “Böyük İpək Yolu” Gənclər İttifaqının yaranması ilə bağlı Bakı deklarasiyası, ittifaqın nizamnaməsi, sədrlik və büro məsələləri ilə əlaqədar geniş müzakirələr aparılıb.
Müzakirələr nəticəsində, ittifaqa sədr olaraq Millət Vəkili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun namizədliyi irəli sörülüb və sesvermə nəticəsində 22 iştirakçı ölkə lehinə səs verib. İştirakçı ölkələr sədr müavini və bürə üzvlüyü ilə seçkilərdə namizədlərin təyin edilməsi məqsədi ilə Avropa qrupu, Asiya qrupu, Ərəb ölkələri qrupu və Keçmiş Sovet ittfiaqı ölkələri olmaqla 4 regional qrupa bölünüb. Daha sonra, Qazaxstan, Misir, Hindistan və Macarıstandan olmaqla ittifaqın 4 sədr-müavinləri, o cümlədən büroya 7 üzv seçilib. İttifaqın ikinci görüşünün oktyabr ayında Qazaxstanda keçiilməsi təklif olunub.