'Milli Şura'yla milli şuranın fərqi

Bütün Xəbərlər
02:26 30.05.2013
1862
Cavid SüleymanovBu gün müxalifət dairələri, həm müxalifət liderləri həmçinin də müxalif fikirli gənclər deyir ki : Biz Məmməd Əmin Rəsulzadənin yolunu gedirik.Axı Məmməd Əmin Rəsulzadənin yolu budurmu ?Mayın 28-i elan edilən Milli Şuranın fəaliyyətini 1918 ci ildəki Milli Şura ilə müqayisə etmək ağıla batan deyil . Milli Şura 1918-ci ildə müstəqillik, azadlıq üçün, xalqın mənafeyi üçün yaradılmışdı. O zaman Milli Şuranı yaradanların arzuları, istəkləri xalqın azadlığı, müstəqil Azərbaycanın varlığı idi  və o müstəqilliyi biz hazırda yaşayırıqsa, Məmməd Əmin Rəsulzadə prinsipləri də həyata keçirilmiş sayılır. Rəsulzadənin illərlə mübarizə aparıb qalib gəldiyi qüvvələrin dəstəyi ilə yaranan Milli Şura bu adı seçməklə rezonans doğurmaq istəyirlər.Milli Şuranın Rusiyanın layihəsi olduğu hər kəsə məlum olduğu halda, hələdə Milli Şuranı yaradanlar Türkçülük idealarından danışırlar. Rusiyanın Azərbaycanın müstəqiliyinə və dövlət idarəetməsinə müdaxilə etməyin yolunu anti-Azərbaycan siyasəti aparan sapı özümüzdən olan baltalardan istifadə etmək istəyir. Bu insanların illərdir apardığı siyasət hökümətə qarşı yox ölkəmizə, dövlətimizə qarşı müxalif olduğunu bir daha sübut etdi.Yeni yaranan milli şuranın ideyaları çox gülünc görünür. Onların mayın 28 ində Novxanıdakı toplanışı isə bir növ teatr səhnəsini xatırladırdı.Bu insanlar 1918 ci ildəki Milli Şura ilə indikini müqayisəsini aparıb , eyniləşdirməyə çalışırlar . Lakin M.Ə.Rəsulzadənin istəkləri,prinsipləri bunlar deyildi.Bu insanlar hakimiyyət arzusunda olduğundan, siyasi divident qazanmaq üçün Rəsulzadə ideologiyası adı altında öz siyasi-şou larını göstərməyə çalışırlar. Məmməd Əmin Rəsulzadə, Əlimərdan Topçubaşov, Fətəli xan Xoyski kimi şəxsiyyətlərin yaratdığı və bizi müstəqilliyimizə qovuşdurduğu Milli Şura 95 il sonra bizim müstəqilliyimizə kölgə salmaq üçün yaradılacağını ancaq vətən xainləri ümid edə bilərdilər.
OXŞAR XƏBƏRLƏR