“Anji” klubunun və Rusiya yığmasının futbolçusu Yuri Jirkovun həyat yoldaşı biabır olub.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Rossiya 1” telekanalında yayımlanan verilişə müsahibə verən “Miss Rusiya 2012” İnna Jirkovanın 3 dəqiqəlik roliki “YouTube” videoportalında hitə çevrilib.Futbolçunun həyat yoldaşının müsahibəsi 800 min insan tərəfindən izlənilib. Müsahibədə İnnanın elementar biliklərə malik olmadığı üzə çıxıb. Məsələn, o, yerin günəş ətrafında və ya günəşin yer ətrafında fırlandığını dəqiq bilməyib.Ancaq Yuri Jirkovun PR meneceri iddia edir ki, rolikdə bəzi hissələr kəsildiyi üçün İnna Jirkovanın sözləri təhrif olunub.