Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası Serbiya yığması ilə qarşılaşıb.
AZXEBER.COM-un məlumatına görə, gərgin mübarizə şəraitində keçən oyun 9:8 hesabı ilə serbiyalı futzalçıların xeyrinə başa çatıb. Millimizin heyətində Jadder Dantas het-trik, Felipe isə dubl edib. Hərəyə 1 dəfə Rizvan Fərzəliyev və Tyaqo fərqlənib. 1 qolun müəllifi isə Serbiya yığmasının heyətində topu öz qapısından keçirən Vidan Boyoviç olub.
Ozal İbrahimli