Millimizin oyunları canlı yayımlanacaq

Millimizin oyunları canlı yayımlanacaq
İDMAN
18:48 27.01.2020
7323

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin elit-raund mərhələsində keçirəcəyi oyunlar canlı yayımlanacaq.

AZXEBER.COM xəbər verir ki, matçlar "CBC Sport" kanalı vasitəsilə ilə birbaşa nümayiş olunacaq.

 

Xatırladaq ki, DÇ-nin elit-raund mərhələsinin C qrupunda yer alan millimiz yanvarın 29-da, saat 23:00-da Xorvatiya, yanvarın 30-da, saat 20:00-da Rusiya, fevralın 1-də, saat 20:00-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Xorvatiyanın Osiek şəhərində keçiriləcək oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

OXŞAR XƏBƏRLƏR