"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq" - Elxan Məmmədov

İDMAN
10:55 13.02.2020
6017
Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.
 
AZXEBER.COM xəbər verir ki qurum rəsmisi canlı yayımda AVRO-2020 ilə yanaşı, bir çox məsələlərə aydınlıq gətirib.

Aparıcı İlkin Baba və Günay Tehranqızının suallarını cavablandıran Elxan Məmmədov futbol üzrə əsas milli komandamıza baş məşqçi təyinatından danışıb: "İcraiyyə Komitəsinin son iclasında 30-a yaxın mütəxəssisin adı var idi. Onlar müxtəlif ölkələrdən müxtəlif səviyyədə olan məşqçilərdir. Onlardan bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb. Bu həftə İcraiyyə Komitəsinin üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır. Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.
Elxan Məmmədov futbol üzrə U-23 millimizin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib:
"İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23-ü yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

10:30 01.10.2020

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

10:14 01.10.2020

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşdü - bir mülki şəxs həlak oldu

10:06 01.10.2020

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

09:54 01.10.2020

Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ

09:51 01.10.2020

Azərbaycan ordusu düşmənin başına od ələyir – Prezident atəşkəs şərtini açıqladı

09:37 01.10.2020

"Qarabağ"ın rəqibində koronavirus aşkarlandı

09:26 01.10.2020

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi

09:24 01.10.2020

Goranboyda qəza: 79 yaşlı kişi yaralandı

08:56 01.10.2020

Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib - Video

X Mostbet