Millinin futbolçusu məktəbli qızla intim əlaqəyə görə tutuldu - FOTO

Millinin futbolçusu məktəbli qızla intim əlaqəyə görə tutuldu - FOTO
Bütün Xəbərlər
00:55 03.03.2015
2430

İngiltərənin "Sanderlend" klubunun futbolçusu Adam Conson bu gün həddi-büluğa çatmamış qızla intim əlaqə şübhəsi ilə həbs edilib. Musavat.com xəbər verir ki, məlumatı "The Sun" yayıb.

" The Daily Mail" isə xəbər verir ki, Adam Conson Durham şəhərinin polis şöbəsində dindirilir.

Polis əməkdaşkarı futbolçunun evinə bu gün səhər gəliblər. Qonşusunun sözlərinə görə, evə hüquq-mühafizə orqanlarımım bir neçə maşını yaxınlaşıb. Onlar evdə təxminən 20 dəqiqə qalıblar. İdmançının həbsinə 15 yaşlı məktəbli ilə intim əlaqənin səbəb olduğu ehtimal edilir.

Yarımmüdafiəçi 2012-ci ildən "Sanderlend"in heyətində çıxış edir. O, "Mançester Siti" və "Midlsbro"nun də şərəfini qoruyub. 27 yaşlı Adam Consion İngiltərə millisində çıxış edir. O, millinin heyətində 12 oyun keçirib və 2 qol vurub.

Musavat.com

OXŞAR XƏBƏRLƏR