Milyarderi öldürməyə göndərilən killerə silah verən azərbaycanlı tutuldu

Milyarderi öldürməyə göndərilən killerə silah verən azərbaycanlı tutuldu
KRİMİNAL
12:56 19.11.2021
1246
Kiprdə milyarder Tedi Saqi də daxil olmaqla bəzi israilli biznesmenləri öldürmək üçün İran xüsusi xidmət orqanları tərəfindən göndərildiyi bildirilən Rusiya vətəndaşı, 38 yaşlı azərbaycanlı killer Orxan Əsədovla əlbir olan daha bir nəfər tutulub. virtualaz.org xəbər verir ki, bu həbs əməliyyatı Kipr adasının şimalında, yəni Şimali Kipr Türk Cümhuriyyətində keçirilib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, yerli "Kıbrıs Postası" qəzetinin yazdığına görə həmin şəxs Orxan Əsədova səsboğuculu tapança verən Tural Əliyev adlı azərbaycanlıdır. O, Şimali Kipr polisinin keçirdiyi əməliyyatla İskeledə tutulub. T.Əliyevin barəsində Şimali Kipr polisinin təhqiqatı davam edir. Bildirilir ki, onun həbsi Kiprin yunan hissəsindən Məlumat Mübadilə Ofisi vasitəsilə ötürülən məlumat əsasında baş verib.  T.Əliyev məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

T.Əliyevin həbs olunmasından əvvəl polis Orxan Əsədovun Şimali Kiprdə qaldığı oteldə axtarış aparıb və ona aid olduğu ehtimal edilən mobil telefon aşkarlayıb. Telefondakı danışıq qeydlərini izləyən polis Orxan Əsədovun İskələdə yaşayan Tural Əliyevlə 2021-ci ilin avqust və sentyabr aylarında Şimali Kiprin Mağusa rayonunda səsboğuculu tapançanın təmin edilməsi mövzusunda müzakirə apardıqlarını müəyyən edib. Əliyevin həbsinin ardınca polis Mağusa limanı və İskele bölgəsində, eləcə də İskələyə bağlı kəndlərdən birində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. T.Əliyevin adanın yunan hissəsində bu il sentyabrın 27-də həbs edilən Orxan Əliyev və daha 5 şübhəli ilə əlaqələrinin olduğuna dair əlavə dəlillər tapılıb.

Xatırladaq ki, Kiprdə O.Əliyevin həbsindən sonra onunla əlbir olan 3 pakistanlı (1-i yemək çatdırılma xidmətində kuryerdir) və 1 livanlı da daxil olmaqla daha 5 nəfər saxlanılıb, bunlardan qalan 1 nəfər barədə məlumat yoxdur. Bu terror planının üstü İsrailin "Mossad" kəşfiyyat xidmətinin ötürdüyü informasiya sayəsində açılıb.

İsrail mediasında yer alan məlumatlara görə, Orxan Əliyevin mobil telefonunda "Hizbullah"la bağlı videolar olub. Onun Rusiyada "Hüseynçilər" təşkilatına mənsub olduğu bildirilir. Kipr polisi terror planının qarşısının son anda alındığını açıqlayıb. O.Əsədov Kiprə sentyabrın ortalarında Rusiyadan təyyarə ilə gedib, dəfələrlə adanın şimal hissəsinə keçib və geri qayıdıb. Növbəti dəfə nəzarət-buraxılış məntəqəsini keçib adanın yunan hissəsinə daxil olanda həbs olunub. Onun Moskvada meyvə-tərəvəz ticarəti və taksi fəaliyyəti ilə məşğul olduğu deyilirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir