Milyarderin arvadı ərinin təcavüz qalmaqalından danışdı

Milyarderin arvadı ərinin təcavüz qalmaqalından danışdı
DÜNYA
20:02 18.10.2016
2670

 

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın həyat yoldaşıMelaniya Tramp CNN telekanalına müsahibə verib. 

Trampın adının təcavüz qalmaqalında hallanmasından sonra ilk açıqlama olub. Melaniya bu qalmaqala aydınlıq gətirməyə çalışıb. 

O bildirib ki, ərinin belə bir sözü işlətməsinə inanmır: "O, yaxşı biridir, centlmendir, heç vaxt belə söz deməz. Bu, demokratların uydurmasıdır. 2005-ci ildə Donald NBC telekanalına müsahibə verib. O zaman dediyi sözü münasib vaxtda başqa formada yayımlayıblar".


///teleqraf.com
OXŞAR XƏBƏRLƏR