‘Milyarderlər İttifaqı’nın açıqlaması yalan çıxdı

‘Milyarderlər İttifaqı’nın açıqlaması yalan çıxdı
İDMAN
00:12 04.04.2013
1557

Müraciətdə adları çəkilən beş nəfərdən üçü ondan xəbərsiz olduğunu bəyan edib.

Azərbaycan hakimiyyətinin “Milyarderlər ittifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına və onun liderlərinə qarşı hücumlarını kəskin pisləyən müraciətlə bağlı Rusiyadan reaksiyalar gəlib. Müraciəti imzaladıqları deyilən iki diaspor lideri “Yeni Müsavat” qəzeti ilə əlaqə saxlayaraq bəyan ediblər ki, onların həmin müraciətdən xəbərləri olmayıb və adlarının orada yer almasını mətbuatdan eşidiblər. Xəbər verildiyi kimi Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporalarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadənin adından göndərildiyi deyilən müraciəti bir gün əvvəl azadlıq.info saytı yayıb. Həmin müraciətdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər yer alırdı və ÜATİ-yə, onun üzvlərinə qarşı aparılan kampaniya pislənilirdi. Müraciətdə həmçinin ÜATİ-nin rəhbəri olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumunun həbsi də kəskin pislənilirdi. Lakin belə məlum olur ki, müraciətə imza atdığı bildirilən azı iki diaspor liderinin bu məsələdən xəbəri yoxdur. Dünən redaksiyamızla əlaqə saxlayan “Samara vilayəti azərbaycanlıları Liqası”nın İdarə heyətinin sədri Şirvan Kərimov bu müraciətdən xəbərsiz olduğunu bildirib. Onun göndərdiyi yazılı bəyanatda bildirilir: “ Son iki gün ərzində Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən hörmətli “Yeni Müsavat” qəzetinin saytında Rusiyanin diaspor təşkilatları rəhbərlərinin adından “Azərbaycan ictimaiyyətinə müraciət” çap olunub. Müraciəti imzalayanlar arasında mənim də adım göstərilib. Məzmunundan asılı olmayaraq deməliyəm ki, bu müraciət mətnindən xəbərim yoxdur, onu heç kim mənə göstərməyib, mənimlə müzakirə etməyib və buna görə mən onu imzalaya bilməzdim. İmzamın saxtalaşdırlmasını mənə qarşı yönəlmiş təxribat sayıram. Rəhbərlik etdiyim Samara təşkilatı öz işində Rusiya qanunlarını rəhbər tutur və buna görə də qonşu ölkədə - bu ölkə tarixi vətənimiz olsa da - gedən siyasi proseslərə qarışmağı həm Rusiya, həm Azərbaycan qanunvericiliyinə zidd sayıram”. Daha sonra Tatarıstandakı diaspor təşkilatının lideri Sübhan Əhədzadə redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, o müraciət barədə Bakıda eşidib: “Mən aprelin 2-də səhər təyyarə ilə Bakıya gəlmişəm. Təşkilati işlər var, onunla məşğulam, Diaspor işləri üzrə Dövlət Komitəsində də olmuşam. Bu müraciətdən heç xəbərim də olmayıb və onu imzalamamışam. Müraciət barədə eşidəndə şoka düşdüm. Nijno Novqorodla, Vidadi Abbasovla əlaqə saxlayıb soruşdum ki, bu nə məsələdir? Niyə mənim xəbərim olmadan adımı ora yazmısınız? O etiraf etdi ki, müraciətin altına mənim adımı özləri yazıblar, amma bunu izah edə bilmədi”. S.Əhədzadə bildirdi ki, müraciətdə əksini tapan məsələlər onu maraqlandırmır və belə intirqalarlara qarışmır . “Mən milli-mədəni muxtariyyətin işləri ilə (AzerRos) məşğulam, Tatarıstanda tədbirlərimiz var, onu hazırlayıram. Rusiyadakı Azərbaycan diasporunun parçalanması məni çox narahat edir. İki dəfə bu məsələ ilə bağlı Moskvaya, Abbas müəllimə etiraz məktubu da yazmışam” deyə S.Əhədzadə bildirib. Müraciətdə adı yer alan daha bir diaspor lideri Qalib Ağayevdən də təkzib gəlib və o bildirib ki, həmin müraciətdən ümumiyyətlə xəbəri yoxdur. “Mən belə müraciət imzalamamışam və ondan xəbərim yoxdur. Nəsə sözüm, mövqeyim, etirazım olsa özüm çıxıb deyərəm” deyə Q.Ağayev bildirib. Beləliklə, müraciətdə adı yer alan beş nəfərdən üçü ondan xəbərsiz olduğunu bəyan edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
22:09 21.08.2026
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı