Populyar gənc müğənni Mina seriala çəkilir. İfaçı “Bakı Film” kinostudiyasının çəkdiyi “Ağabəyovlar” serialında İldrım Ağabəyovun kiçik qızı Ləman rolunu oynayır. Minanın canlandırdığı gənc qız keçmişdə müğənni olub. Lakin sonra atası onu oxumağa qoymur və sevmədiyi bir oğlana nişanlayır. Qeyd edək ki, Kamran Qasımovun ssenarisi əsasında çəkilən serialın rejissoru Vahid Mustafayev, musiqi tərtibatçısı və kompazitoru isə Yaşar Baxışdır. “Ağabəyovlar” serialının baş prodüsseri Eyyub Danişvəridir.