Mingəçevirdə 25 yaşlı qadının qətlinin TƏFƏRRÜATI

SOSİAL
14:00 15.04.2022
1127
Aprelin 14-ü Mingəçevir şəhərində 25 yaşlı Şaxanım Ələkbərovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən bildirir ki, ilkin araşdırmalar nəticəsində keçmiş həyat yoldaşını parkda bıçaqlayaraq öldürən 28 yaşlı Yasin Məhərrəmovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib.

Belə ki, bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib. Sonradan onların münasibətləri kəskinləşdiyindən Ş.Ələkbərova həyat yoldaşından rəsmən boşanıb. Lakin Yasin keçmiş həyat yoldaşı ilə münaqişəli vəziyyəti davam etdirib və onu təqib edib.

Ötən gün Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən parkda Yasin Məhərrəmov eks-xanımını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, qadının meyitini yol kənarında qoyaraq polisə təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR