Mingəçevirdə 91 yaşlı qadının evində meyiti tapılıb

Mingəçevirdə 91 yaşlı qadının evində meyiti tapılıb
Bütün Xəbərlər
18:05 23.02.2015
810
Mingəçevir şəhərindəki mənzillərdən birində qadın meyiti tapılıb
Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə şəhərin Puşkin küçəsindəki 12 saylı evdə qeydə alınıb. Qonşular həmin ünvanda tənha yaşayan, 1924-cü il təvəllüdlü Sofiya Rıjkovanın bayıra çıxmadığını, mənzilin qapısının içəridən bağlı olduğunu görüblər və Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları evin qapısını açaraq 91 yaşlı qadının meyitini yataq otağında aşkar ediblər. 
Yaxınlarının dediyinə görə, yaşlı qadının səhhətində son vaxtlar problemlər yaranıb. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir Şəhər Şöbəsinə aparılıb. Ekspertizanın rəyindən sonra ölümün səbəbi məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR