Mingəçevirdə intihar etmək istəyən şəxs xilas edildi

Mingəçevirdə intihar etmək istəyən şəxs xilas edildi
Bütün Xəbərlər
18:30 02.05.2014
915
Mingəçevirdə özünü intihar məqsədilə su kanalına atmaq istəyən şəxs xilas edilib. 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mingəçevir su anbarının Baş Şirvan Su Kanalı ərazisində mühafizə xidməti apararkən su kanalının üzərindəki körpüdən bir nəfərin özünü suya ataraq intihar etmək niyyətində olduğunu müşahidə ediblər. Xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıblar və yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR