Mingəçevirdə qadın ilan sancmasından vəfat edib.
"Report" xəbər verir ki,Mingəçevir sakini, şəhərinSamux küçəsi mənzil 8-də yaşayan 28 yaşlı Səyalə Sergey qızı Quliyevanı ilan sancıb və oMingəçevir Şəhər Xəstəxanasına gətirilib.
Vəziyyəti ağır olan Səyalə Quliyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasınıdəyişib. İlan1987-ci il təvəllüdlü S.Quliyevanıyatdığı vəziyyətdə sancıb.