Başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.
Mingəçevir şəhəri icra başçısının xidməti avtomobili 22 yanvar günü Bakıya doğru şütüyərək yol hərəkəti haqqında bütün qanunları pozub. Yəni, icra başçısının avtomobili yol hərəkəti haqqında qanunlara məhəl qoymayaraq maksimal sürət həddi saatda 90 km olan yerdə qanunları pozaraq 180 km sürətlə şütüyürdü. /// avtosfer.az