Mingəçevirli oğru Bakıda yaxalandı

Mingəçevirli oğru Bakıda yaxalandı
Bütün Xəbərlər
08:00 07.11.2012
1083
Abşeron rayonu ərazisində silsilə oğurluqlar törətmiş şəxs həbs edilib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mingəçevir rayon sakini 32 yaşlı Fərzəliyev Eyvaz Nadir oğlu saxlanılıb. Məlum olub ki, Eyvaz bu ilin iyul avqust aylarında Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində bir neçə oğurluq edib.Etdiyi cinayətlərdən sonra bir müddət Mingəçevir şəhərində yaşayan Eyvaz bir neçə gün əvvəl yenidən Abşeron rayonuna gəlib. Növbəti dəfə oğurluq etmək istəyən zaman isə Fərzəliyev polis tərəfindən saxlanılıb. Araşdırma zamanı Eyvazın daha bir cinayətinin də üsdü açılıb.Məlum olub ki, Eyvaz Fərzəliyev Masazır qəsəbəsində də oğurluq edib. Onun tikintisi davam edən evdən oğurluq etdiyi, həmçinin elektrik naqillərini kəsərək satdığı bildirilib.
OXŞAR XƏBƏRLƏR