"Minsk" "Azal"a "çox göynən getmə" dedi

İDMAN
19:24 07.07.2011
2072

İlk oyunda özündən güclü olmayan “Minsk”lə qollu heç-heçə edən AZAL-ın işi nisbətən çətin idi. Təmsilçimiz bu səddi adlamaq üçün Minskdə qol vurmağa məhkum idi. Həmçinin təmsilçimiz mərhələ adlamaq üçün ya qələbə qazanmalı, ya da 1-dən çox qol vurub heç-heçə etməli idi. Amma “təyyarəçilər“ məğlub oldular. Cavab oyununda hesab 2:1 ilə başa çatıb. Bu oyunda ilk qolu 5-ci dəqiqədə Yevgeni Loşankov, ikinci qolu isə 11-ci dəqiqədə Denis Saçeko vurub. AZAL-ın qolunu isə 66-cı dəqiqədə Zohair Benouahi vurub. Oyun elə bu hesabla da başa çatıb.

 

OXŞAR XƏBƏRLƏR