Miqrasiya Xidmətinin rəisi jurnalistləri hoteldən qovdurdu - FOTOLAR

Miqrasiya Xidmətinin rəisi jurnalistləri hoteldən qovdurdu -  FOTOLAR
Bütün Xəbərlər
00:25 30.05.2013
2313

“Avropa” hotelinin mühafizəçiləri jurnalistlərlə kobud rəftar edib.

Mayın 29-da Bakıdakı “Avropa” hotelində qalmaqal yaşanıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) tədbirinə dəvət alan jurnalistlər hoteldən qovulub. Bu barədə “Yeni Müsavat”a məlumat verən tədbirdə iştirak edən jurnalistlər bildiriblər ki, öncə onlara bayırda gözləməli olduqlarını deyiblər.

Tədbir zamanı DMX rəisi Firudin Nəbiyevlə Bakıda fəaliyyət göstərən şirkət rəhbərlərinin görüşü olub. Həmin görüşdən çıxan DMX rəisinin açıqlama verməsini istəyən jurnalistlər mühafizəçilərin kobud münasibəti ilə üzləşiblər. Bir saat hotelin dəhlizində gözləyən jurnalistlər tədbirin keçirildiyi zala buraxılmayıb. Vəziyyətə etiraz edən jurnalistlər DMX rəisi Firudin Nəbiyevin göstərişi ilə hoteldən qovulublar.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti açıqlama vermək istəmədi.

OXŞAR XƏBƏRLƏR