Miqrasyia orqanları üçün medallar təsis edildi

Miqrasyia orqanları üçün medallar təsis edildi
Bütün Xəbərlər
14:02 02.11.2012
857
Bu gün Milli Məclisdə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.Millət vəkili Sabir Rüstəmxanlı hüquq-mühafizə orqanlarına vahid medalların verilməsini təklif edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, təsis edilən bu medallar kifayət qədər bir-birindən fərqlənir.Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
OXŞAR XƏBƏRLƏR