ANS teleşirkəti Fransa Senatının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsinə etiraz əlaməti olaraq Fransanın “Perrier” şirkətinin mineral sularının reklamından imtina edir. AZXEBER.COM-un verdiyi məlumata görə, “Perrier” ANS TV-də cümə axşamları saat 21.30-da yayımlanan aparıcısı və müəllifi Mir Şahin Ağayev olan “Ən yeni tarix” ictimai-publisist verilişin rəsmi sponsorudur.Sabah, yanvarın 26-da verilişin efirə çıxması ərəfəsində teleşirkət “Perrier”lə əməkdaşlıqdan imtina etdiyini rəsmi olaraq elan edəcək.