Mirmahmud Mirəlioğlu hardadır?

Mirmahmud Mirəlioğlu hardadır?
Bütün Xəbərlər
14:23 02.10.2012
1341
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) son vaxtlar bəzi mətbuat orqanlarında partiya sədri Mirmahmud Mirəlioğlu ətrafında yaranmış qeyri-müəyyənliklə əlaqədar bəyanat yayıb.KXCP-dən APA-ya göndərilən bəyanatda bildirilir ki, avqustun sonlarında M.Mirəlioğlunun sədrliyi ilə keçirilən İdarə Heyətinin yığıncağında partiya sədrinin məzuniyyətə çıxması ilə bağlı qərar qəbul edilib.“Bir sıra KİV-də yazılanlardan fərqli olaraq, M.Mirəlioğlu ölkədən kənara çıxmayıb, məzuniyyətdə olmasına baxmayaraq, partiya ilə vaxtaşırı əlaqə saxlayır. Bütün bunlardan məlumatı olan və olmayan bəzi mətbuat orqanları və şəxslər tərəfindən Mirmahmud bəy haqqında həqiqətdən çox-çox uzaq qeyri-dəqiq və qərəzli məlumatlar yayır, böhtan kampaniyası aparır. Məqsədləri M.Mirəlioğlunu və KXCP-ni nüfuzdan salmağa yönəlib. Əminik ki, bu məlumatların yazılmasında və yayılmasında iştirak edənlər M.Mirəlioğlu məzuniyyətdən qayıtdıqdan sonra onun məzuniyyətə çıxmasının səbəbləri açıqlananda utanacaqlar” – deyə bəyanatda bildirilir.KXCP partiya sədri M.Mirəlioğlu haqqında yayılan bu məlumatların bəzi qüvvələr tərəfindən məqsədli şəkildə, məhz onun tərəfindən 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak niyyətini açıqladıqdan sonra dövriyyəyə buraxıldığına diqqət çəkir, bütün bu kampaniyanın ictimai rəyi çaşdırmağa, partiyanın və onun sədri haqqında mənfi imic formalaşmağa xidmət məqsədi daşıdığını bəyan edir, təhqir dolu yanlış məlumatların yayılmasını dayandırmağı tələb edir.
OXŞAR XƏBƏRLƏR