Mirşahin Ağayevin şikayətiylə Elşad Xose cinayət məsuliyyətinə cəlb olundu

Mirşahin Ağayevin şikayətiylə Elşad Xose cinayət məsuliyyətinə cəlb olundu
Bütün Xəbərlər
17:46 26.12.2011
3630
Reper Elşad Xose Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək əməkhaqqının 20 faizi tutulmaqla 6 ay müddətinə islah işlərinə cəlb edilib.Tanınmış reper Elşad Xose cinayət məsuliyyətinə cəlb olunub. Bakının Yasamal rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Tahir İsmayılovun sədrliyi ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin reper Elşad Xoseyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hökm çıxarılıb.Məhkəmənin hökmü ilə Elşad Xose Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək əməkhaqqının 20 faizi tutulmaqla 6 ay müddətinə islah işlərinə cəlb edilib.Mirşahin Ağayev reperin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməklə təhqir etdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi.
OXŞAR XƏBƏRLƏR