Mirşahin bu dəfə nazirlərə söz atdı - VİDEO

Mirşahin bu dəfə nazirlərə söz atdı - VİDEO
Bütün Xəbərlər
10:50 22.09.2014
1193

Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaqardına vururlar.

ANS-in vitse-prezidenti Mirşahin Ağayev müəllifi olduğu "Hesabat" verilişində son dövrlər cəbhədə baş verən hadisələr və bunun fonundakı informasiya siyasəti barədə fikirlərini bildirib. O, bir sıra məmurların fəaliyyətini də tənqid edib."Hesabat"ın həmin buraxılışını təqdim edirik:-Xeyli vaxtdır ki, görüşmürük. Bu müddətdə çox şey baş verib, necə deyərlər, çoxlu sular, qanlar axıb.Qan demişkən, avqustun 18-də cəbhədə baş verənlər bir dövlət olaraq güclü, bir vətəndaş olaraq isə həm də zəif yerlərimizi göstərdi. Əsgərlərimiz xalqımız üçün ölməyə hazır olduqlarını nümayiş etdirdilər, amma xalqımız, daha doğrusu, onun ayrı-ayrı nümayəndələri bu ölümə hazır olmadılar.20 illik atəşkəsin keyitdiyi bir sıra kütləvi informasiya vasitələri isə ümumiyyətlə çaşdılar. Kimsə ümummilli matəm elan etməyə çağırdı, kimsə də müdafiə nazirini istefaya... Hətta o da yaddan çıxdı ki, Azərbaycan müharibə aparan ölkədir və o, öz bütövlüyünü yapışqanla yox, qanla bərpa etməlidir.Elə bu səbəbdəndir ki, ANS hərbi əməliyyatlar, cəbhə xəbərləri və cəbhə yanı məlumatların yayılmasındakı pintiliyin qarşısını almağa çağırdı. "Hərbi xəbəri vermək olmaz, yasaq" cümləsində vergülün yerini axtarmağı təklif etdi.Qəsdən və ya bilməzlikdən düşmən kəşfiyyatına işləyənləri ayıq-sayıq olmağa dəvət elədi. İndi hamılıqla Milli Məclisin sessiyasını, qanunvericilərimizin bu sahədə sahman yaradacağı günü gözləyirik. Amma bizimlə bərabər başqa gözləyənlər də var və onlar başqa qütbün fürsətcilləridir.Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaqardına vururlar. Hətta rəsmi şəkildə bildirirlər ki, bundan sonra vəziyyət dəyişib, jurnalistlərə ancaq mətbuat xildmətləri və özü də yalnız lazım biləndə və rəhbərlikləri icazə verəndə cavab verəcəklər.Əziz belə nazirlərimiz, hörmətli belə komitə sədrlərimiz! Söhbət hərbi xəbərlərdən, cəbhəyanı rayonlarda baş verənlərin işıqlandırılmasından gedir. Biz razıyıq ki, tələb edirik ki, cəbhə xəbərləri, müdafiəmizin təşkili ilə bağlı məlumatlar Müdafiə Nazirliyinin konkret qurumunda təsdiqləndikdən sonra yayılsın.Amma bu heç də o demək deyil ki, nazirlik və komitələrimiz öz peysərinə qırmızı yasaq birkası yapışdırmalıdır. Unutmayın. Senzura ləğv edilib. Və məhdudiyyətlər yalnız ordu və hərbi təyinatlı xəbərlərin verilməsinə tətbiq edilməlidir. Başqa məhdudiyyəti biz heç kəsə arzulamırıq...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb