Mirşahin televiziya açır - ANS-çilər bir arada

Mirşahin televiziya açır - ANS-çilər bir arada
TOP4
10:33 15.01.2018
4468
İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.
 
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR