Mirşahin YAP-ı tənqid etdi: "Hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir" - VİDEO

Mirşahin YAP-ı tənqid etdi: "Hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir" - VİDEO
SİYASƏT
13:27 14.09.2020
2169
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllif və aparıcısı olduğu "Mirşahinin vaxtı" verilişində aktual mövzuya toxunub.
 
AZXEBER.COM xəbər verir ki, o verilişdə hakim Yeni Azərbaycan Partiyasından danışıb.
 
Mirşahin deyib ki, hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir: 
 
"Mən sosial şəbəkələrin hansısa bir şəkildə nəzarətsiz qaldıqca yaratdığı virtual tələlərin, qazılan görünməz yarğan və quyuların getdikcə daha böyük uçurumlara bünövrə olduğunun fərqindəyəm. Azərbaycanın bütün jurnalistlərinin, media və mətbuat mənsublarının iştirakı ilə geniş toplantı keçirilsin bəlkə?

Bəlkə Hakim Yeni Azərbaycan Partiyasının fövqəladə qurultayı çağrılsın, bəlkə milli ideologiyamızda qeydə alınan boşluqların geniş bir müstəvidə müzakirəsi aparılsın, bilmirəm, amma hər halda toplaşmağa, sosial şəbəkələr, sosial mediya da daxil olmaqla ən ciddi problemlər, vətən və millət üçün təhlükə törədən dərdlər toplusunun müzakirəsinə ehtiyac var.
 
İslahatların 2018-ci ildən başlanan mərhələsindən sonra yeni ideoloji keyfiyyət və onun cəmiyyətə çatdırılma tempinin sıçrayışla artırılması tələbi yaranıb. Ayaqlaşmırıq, cənablar! Yeni Azərbaycan son hadisələrin doğurduğu partiya daxili səndələmələrə, büdrəmələrə baxmayaraq toparlanmalı, Prezidintin uğurlarına, Partiya sədrinin dövlət başçısı tək əldə etdiyi mütləq nailiyyətlərə özünü formal olaraq pərçim etməməli, bu uğurların şərikliyinə haqqı çatmalıdır. Hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir. Sosial mediya və sosial şəbəkələr məşhur "Otbiçən” filminin sonda monstra çevrilmiş qəhrəmanının taleyini yaşayır".
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
21:56 12.10.2026
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib